Rusiya Prezidentinin nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir
sizinxeber.az xəbər saytı

Rusiya Prezidentinin nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir


Rusiya Prezidentinin Qərb Kiyevə daha çox silah göndərərsə nüvə silahından istifadə ilə hədələmələri tamamilə qəbuledilməzdir.

Sizinxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri David Lammy deyib.

Bu həftə Vaşinqtonda Böyük Britaniya Baş naziri Keir Starmer və ABŞ Prezidenti Co Bayden arasında danışıqlarda Ukraynanın Rusiyaya uzaqmənzilli raketlərlə vurmasına icazə verilməsi ilə bağlı heç bir qərar verilməyib.

Britaniya XİN rəhbəri belə bir qərarın niyə verilməməsinin təfərrüatlarını müzakirə edə bilməyəcəyini lakin Ukraynaya əlavə raket tədarükü ilə bağlı müzakirələr olduğunu deyib.

Qeyd edək ki, Zelenski bir neçə aydır ki, Britaniyanın “Storm Shadow” raketlərindən və ABŞ istehsalı olan “ATACMS” raketlərindən Rusiyada hədəfləri vurmaq üçün istifadəyə icazə istəyir.

Bayden və Starmer cümə günü görüşləri zamanı bununla bağlı qərarı təxirə salıblar.

Putin isə Rusiyaya qarşı uzaqmənzilli silahlardan istifadənin NATO-nun döyüşlərdə birbaşa iştirakı anlamına gələcəyini bildirib.

Oxşar xəbərlər

Guardian: London Kiyevə “Storm Shadow”dan istifadəyə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Britaniya Baş naziri ilə Ukraynanın Rusiyanı uzaq mənzilli silahlarla vurması imkanını müzakirə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken Zelenski ilə Bayden arasında görüş keçiriləcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya və İrlandiya baş nazirləri Dublində görüşüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden Ukraynanın “Storm Shadow” raketlərindən istifadəsinə qoyulan qadağanı ləğv edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər