ABŞ-da keçirilən son sorğuya görə Harris Trampdan 3 xalla önə keçib
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi nəticələri açıqlanan sonuncu sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 3 xal geri qalıb.
Sizinxeber.az xəbər verir ki, NPR radiosu, PBS televiziyası və Marist Kollecinin birgə keçirdiyi sorğuya əsasən, Harrisin performansı əvvəlki sorğularla müqayisədə daha yüksəkdir.
Sorğunun nəticələrinə görə ABŞ vitse-prezidenti Harris 51-48 faizlə rəqibi Trampı 3 xal qabaqlayaraq seçki yarışını davam etdirir.
Sorğuda iştirak edənlərin 53 faizi Harrisin demokratiyanı Trampdan daha yaxşı qoruyacağını düşünür.
İmmiqrantlar məsələsində də səs verənlərin 52 faizi Trampın Harrisə qarşı mövqeyinin daha güclü olduğunu düşünür.
Bundan əlavə, ABŞ seçicilərinin 51 faizi Harrisdən çox Trampın Yaxın Şərqdəki gərginliyi daha yaxşı idarə edəcəyinə inanır.
“The Cook Political Report” adlı sorğu şirkəti isə Harrislə Tramp arasındakı xal fərqinin 1,3-%ə qədər azaldığını bildirib.
“Wall Street Journal” qəzetinin keçirdiyi sorğu da qeydə alınmış seçicilər arasında Harrisin rəğbətində kəskin artım olduğunu üzə çıxarıb.
Oxşar xəbərlər
Kamala Harris vitse-prezident postuna namizədini müəyyənləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
