Tramp İlon Maskı dəstəkləməkdən başqa yolu olmadığını deyib
sizinxeber.az xəbər saytı

Tramp İlon Maskı dəstəkləməkdən başqa yolu olmadığını deyib


ABŞ prezidentliyinə namizəd Donald Tramp amerikalı milyarder İlon Maskın ona dəstəyindən danışıb.

Sizinxeber.az xəbər verir ki, ABŞ-ın Corciya ştatının Atlanta şəhərində seçki kampaniyası üçün keçirdiyi mitinqdə çıxış edən Tramp amerikalı milyarder Maskın onu dəstəkləməsindən də danışıb.

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrın 5-də keçirilən seçkilərdə “Tesla”, “SpaceX” və “X” kimi şirkətlərin sahibi İlon Maskın dəstəyini aldığı üçün elektrikli avtomobilləri dəstəkləməkdən başqa çarəsi olmadığını bildirib.

"Mən elektrikli avtomobillərin tərəfdarıyam. Olmalıyam, çünki bilirsiniz ki, İlon məni çox güclü dəstəklədi. Ona görə də başqa seçimim yoxdur", - deyə Tramp bildirib.

Qeyd edək ki, Tramp ABŞ prezidenti Co Baydenin elektrikli avtomobillərə verdiyi dəstəyi cəhənnəmə keçid kimi qiymətləndirmişdi.

Oxşar xəbərlər

Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Harrisi “İQ səviyyəsi aşağı olan rəqib” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcəyinə söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp iyulun 26-da Floridada Netanyahu ilə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kiçik Kennedi: Trampı yalnız mən məğlub edə bilərəm [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər