Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib


ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin” supergücü etmək planlarını açıqlayıb.

APA xəbər verir ki, Tramp Naşvilldə keçirilən “Bitcoin” konfransında kriptovalyutalarla bağlı siyasətini də açıqlayıb.

ABŞ kriptovalyuta və “Bitcoin” texnologiyasını mənimsəməsə, bunu Çinin mənimsəyəcəyini bildirən Tramp Çinin bu məsələdə hakim olmasına icazə verə bilməyəcəklərini və Çinin bu sahədə uğurlu olmasını istəmədiklərini bildirib.

Tramp, “Mən istəyirəm ki, ABŞ texnologiya, elm, istehsalat, süni intellekt və kosmosda birinci olsun”, - deyib.

Tramp deyib ki, əgər kriptovalyuta gələcəyi müəyyənləşdirəcəksə, o onun ABŞ-da istehsal edilməsini, emal olunmasını istəyir.

Oxşar xəbərlər

Tramp Harrisi “İQ səviyyəsi aşağı olan rəqib” adlandırıb
Tramp Ukraynadakı münaqişəni andiçmə mərasimindən əvvəl həll edəcəyinə söz verib
Tramp: Bayden yarışı tərk etdikdən sonra ölkəni idarə edə bilməz
Tramp: Demokratların iki namizədinə qalib gəlmək üçün unikal fürsət yaranıb
Tramp iyulun 26-da Floridada Netanyahu ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər