Pentaqon: İrana qarşı əməliyyatda 415 hərbçi yaralanıb
ABŞ və İsrailin İrana qarşı başladığı əməliyyatlar çərçivəsində 415 amerikalı hərbi qulluqçu yaralanıb.
APA xəbər verir ki, bu barədə Pentaqonun yaydığı rəsmi məlumatda deyilir.
Qeyd olunub ki, yaralananlar arasında 271 quru qoşunlarının hərbçisi, 63 hərbi dənizçi, 19 dəniz piyadası və 62 hərbi hava qüvvələri əməkdaşı var.
Məlumata görə, xəsarət alanların əksəriyyəti artıq müalicə olunaraq yenidən xidmətə qayıdıb.
ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keynin sözlərinə görə, yaralanmaların böyük hissəsi İranın pilotsuz uçuş aparatlarının hücumları nəticəsində baş verib.
Eyni zamanda, əməliyyatlar zamanı 13 ABŞ hərbçisi həyatını itirib. Onlardan altısı Küveytdə, biri Səudiyyə Ərəbistanında ölüb, digər hərbçilər isə ABŞ-a məxsus yanacaq dolduran təyyarənin qəzaya uğraması nəticəsində həlak olublar.
Oxşar xəbərlər
Pentaqon: İrana qarşı əməliyyat zamanı 415 hərbçi yaralanıb
Pentaqon: İrana qarşı əməliyyat zamanı ABŞ-nin 415 hərbçisi yaralanıb
Pentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
ABŞ Finlandiyada hərbi mövcudluğunu artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
