Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub
sizinxeber.az xəbər saytı

Harrisin vitse-prezident postuna namizədini nə vaxt açıqlayacağı məlum olub


ABŞ prezidentliyinə namizəd Kamala Harris avqustun əvvəlində vitse-prezident postuna namizədini elan edəcək.

Sizinxeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məsələni bilən Demokrat mənbə CNN-ə açıqlaması zamanı "Harris kiminlə işləmək ona rahatdırsa onu seçəcək" deyərək Harrisin əvvəllər bu sahədə qabaqcıl hesab edilən namizədlərə meyl etmədiyini bildirib.

CNN qeyd edir ki, aparıcı namizədlər siyahısına Şimali Karolina qubernatoru Roy Kuper, Pensilvaniya qubernatoru Coşua Şapiro və Arizona senatoru Mark Kelli daxil olmaqda davam edir.

Bundan əlavə, Harrislə yaxşı münasibətdə olan nəqliyyat naziri Pit Butticig, həmçinin Kentukki və Minnesota qubernatorları Endi Bəşir və Tim Uolz da istisna edilmir.

Oxşar xəbərlər

ABŞ-nin vitse-prezidentliyinə mümkün namizədlərin adları açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden yarışı tərk etdikdən sonra Harris 27,5 milyon dollar ianə toplayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harrisin namizədliyini 220-dən çox konqresmen və 23 qubernator dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Obama Kamala Harrisə dəstəyini elan edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden seçkilərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər