KİV: Obama Kamala Harrisə dəstəyini elan edəcək
sizinxeber.az xəbər saytı

KİV: Obama Kamala Harrisə dəstəyini elan edəcək


ABŞ-nin 44-cü prezidenti Barak Obama tezliklə pezidentliyə namizəd Kamala Harrisin təşviqat kampaniyasına açıq şəkildə dəstək verdiyini elan edəcək.

APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti yazıb.

Məqalədə göstərilir ki, tərəflər arasında bir neçə dəfə telefon danışığı baş tutub və ilkin razılıq əldə olunub.

Mediaya sızdırılan xəbərlərə əsasən, B. Obama Kamala Harrisin seçkiöncəsi çıxışları, partiya üzvləri ilə görüşləri və bəyanatlarına dair tövsiyələr verir. Hətta O, tədbirlərdən birində yaxın ətrafına K. Harrisin seçilmək şansının yüksək olduğunu bildirib:

“Qarşıdakı günlərdə bizi kifayət qədər çətin sınaq gözləyir. Lakin mən əminəm ki, partiyamızın liderləri seçkidə layiqli namizəd olan Kamala Harrisin qələbəsini təmin edəcək işlək bir mexanizm hazırlamağa nail olacaqlar”.

Qəzet həmçinin vaxtilə B. Obamanın Bayden haqqında müsbət fikirlərini də xatırlayır. Müəllif yazır ki, bir zamanlar onun yüksək idarəçilik qabiliyyətindən danışan Obamanın Bayden barədə fikirlərinin dəyişməsinə səbəb olan amillər aydın deyil.

Oxşar xəbərlər

KİV: Barak Obama Kamala Harrisi dəstəkləməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayk Conson: Harrisin namizədliyi demokratların seçki perspektivlərini yaxşılaşdırmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden seçkilərdə ABŞ-ın vitse-prezidenti Kamala Harrisin namizədliyini dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden yarışı tərk etdikdən sonra Harris 27,5 milyon dollar ianə toplayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər