Ukrayna 6000 hərbçinin cəsədinin qaytarılmasını təxirə saldı
Rusiya tərəfi Ukraynanın hərbi məhbusların dəyişdirilməsi və həlak olan əsgərlərin cəsədlərinin təhvil verilməsi üzrə humanitar aksiyanı qeyri-müəyyən müddətə təxirə saldığını bildirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.
"Ukrayna tərəfi gözlənilmədən həm cəsədlərin qəbulunu, həm də hərbi məhbusların mübadiləsini qeyri-müəyyən vaxta təxirə saldı", - Medinski deyib.
Onun sözlərinə görə, iyunun 6-da Rusiya artıq irimiqyaslı humanitar aksiyanı həyata keçirməyə başlayıb, bu aksiya çərçivəsində altı mindən çox hərbçinin cəsədinin Ukraynaya təhvil verilməsi, həmçinin yaralıların, ağır xəstələrin və digər kateqoriyadan olan əsirlərin dəyişdirilməsi planlaşdırılırdı.
Medinski vurğulayıb ki, həlak olan 1212 Ukrayna əsgərinin cəsədi soyuducu yük maşınlarında planlaşdırılan mübadilə zonasına çatdırılıb, qalanları isə "yoldadır". Rusiya tərəfi, həmçinin Ukrayna nümayəndələrinə yaralılar, ağır xəstələr və gənclər kateqoriyaları üzrə 640 hərbi məhbusdan ibarət ilk siyahını verib və yaxın vaxtlarda mübadilə proseduruna başlamağı təklif edib.
"Rusiya Federasiyası Ukraynanı Ukrayna Silahlı Qüvvələrinin altı min əsgər və zabitinin cəsədlərini götürməyə çağırır ki, ailələri onları insani şəkildə dəfn edə bilsinlər", - deyə Medinski əlavə edib.
Oxşar xəbərlər
Putinin köməkçisi: Ukrayna meyitlərin qəbulunu, əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə salıb
Medinski: Rusiya Ukrayna ilə əsir mübadiləsinə iyunun 7-9-da başlamağa hazırdır
Ukrayna Zelenski və Putin arasında birbaşa danışıqlar təklifi ilə çıxış edib
Rusiya ilə Ukrayna ağır yaralıların və 25 yaşadək hərbçilərin mübadiləsini həyata keçirəcək
Medinski: Rusiya Ukrayna ilə əsirlərin mübadiləsinə başlamağa hazırdır - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













