Qətərin Baş naziri: “Yəmənə zərbələr gərginliyi artırır”
ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin obyektlərinə zərbələri bölgədə vəziyyətin daha da gərginləşməsi riskini artırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İsveçrədə keçirilən Davos İqtisadi Forumunda çıxışı zamanı Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman əl Tani deyib.
Onun sözlərinə görə, husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları təhlükəli vəziyyət yaradır, çünki onların təkcə region üçün deyil, həm də qlobal ticarət üçün mənfi nəticələri var.
O, həmçinin qeyd edib ki, Qırmızı dənizdə daşımaların dayandırılması Qətərin Süveyş kanalı vasitəsilə Avropaya tədarük etdiyi mayeləşdirilmiş təbii qazın nəqlinə təsir göstərir: “İndi biz ABŞ və Britaniyanın husilərə qarşı addımlarını, onların beynəlxalq ticarəti pozan fəaliyyətlərini dayandırmaq cəhdilərini görürük. Lakin bu, həm də münaqişənin daha da genişlənməsi riskini artırır”.
Baş nazir qeyd edib ki, HƏMAS-İsrail münaqişəsinin həlli olmadan husilərin hücumlarının qarşısı alınmayacaq: “Biz diplomatiyanı istənilən hərbi həlldən üstün tuturuq. Biz əsas münaqişənin təhlilinə diqqət yetirməliyik”.
Oxşar xəbərlər
London Tehranı Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün husilərə təsir göstərməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Husilərin nümayəndəsi: "Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın xarici işlər naziri husiləri hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Qırmızı dənizdə təşkil etdiyi koalisiyaya 20-dən çox ölkə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin gəmisi Qırmızı dənizdə husilərin iki raketini vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












