PKK terrorçuları Türk Silahlı Qüvvələrinin bazasına hücum ediblər: Şəhid olanlar var - FOTO
sizinxeber.az xəbər saytı

PKK terrorçuları Türk Silahlı Qüvvələrinin bazasına hücum ediblər: Şəhid olanlar var - FOTO


Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı altı nəfərə çatıb.

Sizinxəbər.Az-ın xəbərinə görə,bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir.

Nazirlik həyatını itirən şəhidə Allahdan rəhmət diləyib, ailəsinə başsağlığı verib.

Qeyd edək ki, terrorçuların hücumu zamanı beş əsgər şəhid olub, üçü ağır olmaqla səkkiz hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.

 


Oxşar xəbərlər

İraqda Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb
Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib
İraqın şimalında iki terrorçu zərərsizləşdirilib
Türkiyə İraqda əməliyyat keçirdi: 17 terrorçu öldürüldü
Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər