“TikTok”er Ləman narkotikə görə həbs edilib? » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
dek
2023
00:23

“TikTok”er Ləman narkotikə görə həbs edilib?

17 dek, 2023
00:23
1 578

“TikTok”er Ləman narkotikə görə həbs edilib?

“TikTok”er Ləman Vəliyeva azadlığa buraxılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) və 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddələri ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılmışdı. 

Bizimlə əlaqə saxlayın