İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb
sizinxeber.az xəbər saytı

İspaniyada 300-dən çox kiberhücum həyata keçirən qruplaşmanın liderlərindən biri saxlanılıb


İspaniya polisi 90-dan çox ölkədə 300-dən çox kiberhücum təşkil etdiyi iddia edilən qruplaşmanın liderlərindən birini saxlayıb.

Bu barədə İspaniyanın hüquq-mühafizə orqanlarının press-relizində qeyd olunub.

Verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Alikantedə Venesuela vətəndaşını dünyanın müxtəlif yerlərində, qurum və şirkətlərə çoxsaylı hücumlar həyata keçirən “Kelvin Security” qruplaşması ilə əlaqədə olduğuna görə saxlayıblar. Polisin bildirdiyinə görə, şübhəli cinayətkar fəaliyyətdən əldə edilən pulların yuyulmasına görə məsuliyyət daşıyan əsas şəxs olub.

Qeyd edək ki, istintaq 2021-ci ilin dekabrında, hüquq-mühafizə orqanlarının əməkdaşları Getafe və Kamas şəhər meriyalarının kompüter sistemlərinə kiberhücumlar edildiyi vaxt başlayıb. Qrupun qanunsuz yolla əldə etdiyi məlumatları satdığı qeyd olunur. Son üç il ərzində o, 300-dən çox kiberhücum həyata keçirib.

Mənbə: TASS

Oxşar xəbərlər

“Google” artıq istifadəçilərin geolokasiya məlumatlarını hüquq-mühafizə orqanlarına verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı biznesmeni qaçıran şəxs “Lotu Quli”nin dostu “Dikiy Arman” imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər