İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb
sizinxeber.az xəbər saytı

İrəvanda polis əməkdaşları ilə Azərbaycanın qaytardığı hərbçilərin yaxınları arasında dava düşüb


Ermənistanın paytaxtı İrəvanda polis əməkdaşları ilə Azərbaycan tərəfindən geri qaytarılan hərbçilərin qohumları arasında əlbəyaxa dava düşüb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistana qaytarılan və Muratsan hərbi hospitalında tibbi müayinədən keçən hərbçilərin yaxınları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında dava düşüb.

Hadisənin səbəbləri və xəsarət alanlar barədə məlumat verilmir.

Xatırladaq ki, dekabrın 13-də Azərbaycan-Ermənistan şərti sərhədinin Qazax rayonu ərazisindəki hissəsində Azərbaycan və Ermənistan qarşılıqlı əsasda hərbi personalın mübadiləsi həyata keçirilib. Mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikasının Baş Nazirinin Aparatı arasında aparılan danışıqların yekunlarına əsasən baş tutub. Müqaviləyə əsasən, Azərbaycan erməni əsilli 32 nəfəri, Ermənistan isə iki azərbaycanlı hərbçini azad edib.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni əsirliyindən azad olunan Hüseyn Axundov: "Səhhətim yaxşıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şarl Mişel Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaları alqışlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər