Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib - VİDEO
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri və hərbi hissələrində silahların, döyüş və xüsusi texnikaların, eləcə də aviasiya vasitələrinin yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi üzrə kompleks tədbirlər keçirilib.
Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi hissələrin texniki xidmət məntəqələrində silahların və texnikaların yaz-yay mövsümündə fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilib, elektrik sistemlərinin vəziyyəti yoxlanılıb və onlara mövsümi qulluq göstərilib.
Keçirilən tədbirlər çərçivəsində hərbi hissələr mərkəzləşdirilmiş qaydada zəruri ehtiyat hissələri və avadanlıqlarla tam təmin edilib.
Qeyd edək ki, silahların və texnikaların yaz-yay mövsümü istismarı rejiminə keçirilməsi ilə əlaqədar bölmələrin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün planlaşdırılmış bütün tədbirlər təhlükəsizlik qaydalarına uyğun həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır - VİDEO
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismara hazırlanır
Azərbaycan Ordusunda silah və texnika payız-qış mövsümündə istismar rejiminə keçirilir - VİDEO
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı keçirilib - VİDEO
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













