Əsgər ölümü ilə bağlı cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Əsgər ölümü ilə bağlı cinayət işi açılıb


Müdafiə Nazirliyinin hərbi qulluqçusunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məcidov Maqbet Xətai oğlunun ölüm faktı əsasında Naxçıvan hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb. Məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Oxşar xəbərlər

Azərbaycan Ordusunun əsgəri odlu silahla özünü öldürüb
Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb
Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə atəş nəticəsində ölüb
Azərbaycan Ordusunun hərbçisi özünü öldürüb, cinayət işi başlanıb
Kəlbəcərdə əsgər özünü öldürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər