"ADEX" sərgisində "Xilaskar" PUA-sı nümayiş olunub - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və ölkəmizin digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.
APA MN-ə istinadən xəbər verir ki, müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən “TEKNOFEST 2024” texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komandamız müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.
MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında "Pilotsuz Uçuş Aparatları" müsabiqəsinin "B" kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı "Xilaskar" pilotsuz uçuş aparatı da nümayiş olunub.
Oxşar xəbərlər
Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub
Zakir Həsənov "ADEX"də nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub
Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb
Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
“ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılışı olub, MN rəhbərliyi mərasimdə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












