

Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.
Sizinxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak məqsədi ilə ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyi vurğulanıb.
Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və Milli Müdafiə universitetləri arasında Memorandum imzalanıb.
Oxşar xəbərlər
Zakir Həsənov İtaliya müdafiə naziri ilə görüşüb
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
“ADEX” Beynəlxalq Müdafiə Sərgisinin açılışı olub, MN rəhbərliyi mərasimdə iştirak edib
Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Putin Tokayevlə telefon danışığı aparıb
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
Tbilisidə 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib
