Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Təhsil Məsələləri və Mənəvi Dəyərlərin Təbliği Baş İdarəsinin rəisi general-mayor Misfir bin Həsən Əl-İsanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov qonaqlarla görüşüb.
Nümayəndə heyətinə “hərbçilərin mənəvi-psixoloji ruhunun yüksəldilməsində milli-mənəvi, əxlaqi və vətənpərvərlik dəyərlərinin mühüm rolu” mövzusunda mühazirələr oxunub, ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlər, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan və Çin hərbi təhsil ekspertlərinin görüşü keçirilib
Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucov və digərlərinin şikayəti üzrə məhkəmə başlayıb
Azərbaycan və Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
Özbəkistan hərbçiləri Azərbaycanda PUA kursunda iştirak edirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











