HAVELSAN: Azərbaycanın hərbi gəmilərində döyüş idarəetmə sisteminin tətbiqi layihəsi davam edir
sizinxeber.az xəbər saytı

HAVELSAN: Azərbaycanın hərbi gəmilərində döyüş idarəetmə sisteminin tətbiqi layihəsi davam edir


Türkiyənin HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Acar HAVELSAN-ın Azərbaycanla əməkdaşlığını genişləndirməyi planlaşdırdığını bildirib.

Bu barədə Sizinxeber.az-nın Türkiyə bürosuna açıqlama verən iş adamı qeyd edib ki, HAVELSAN tərəfindən hazırlanan “KOVAN” yeni nəsil iş idarəetmə sisteminin ilk ixracı Azərbaycana həyata keçirilib:

"Sistem Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib və logistika ilə personal idarəetməsi sahələrini əhatə edir. Layihənin yaxın zamanda tam istifadəyə verilməsi gözlənilir".

Şirkət rəsmisi bildirib ki, HAVELSAN bundan sonra Azərbaycanla əməkdaşlığı genişləndirməyi planlaşdırır: "Xüsusilə hərbi simulyatorlar və təlim sistemləri sahəsində birgə istehsal layihələri üzərində iş aparılır, türkiyəli və azərbaycanlı mühəndislərin birlikdə çalışması nəzərdə tutulur. Bundan əlavə, “ADVENT” döyüş idarəetmə sisteminin Azərbaycan Hərbi Dəniz Qüvvələrində tətbiqi ilə bağlı layihə də davam edir. HAVELSAN rəqəmsal transformasiya, süni intellekt, böyük verilənlər və şəhər təhlükəsizliyi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsini planlaşdırır".

Oxşar xəbərlər

"ASELSAN"-ın baş direktoru: Azərbaycanla birgə istehsalın həyata keçirilməsi istiqamətində iş aparılır
Çin qlobal süni intellektin idarə olunması sistemi yaratmağı təklif edir
Azərbaycan-Türkiyə hərbi dənizçilərinin birgə məşğələləri keçirilib
Azərbaycanın "Su-25" təyyarələrinin modernləşdirilməsi layihəsinin ilk mərhələsi başa çatıb
Səfir: Türkiyənin müdafiə sənayesinin istehsal həcmi 90 milyard dollar təşkil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər