Səfərbərlik Xidmətinin rəisi Biləsuvarda vətəndaşları qəbul edəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
may
2026
10:50
0
0
2 237
ff aaaaaaa

Səfərbərlik Xidmətinin rəisi Biləsuvarda vətəndaşları qəbul edəcək

07 may, 2026
10:50
2 237

Səfərbərlik Xidmətinin rəisi Biləsuvarda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvarda qəbul keçirəcək.

Dövlət Xidmətindən Sizinxeber.az-ya verilın məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 22-də saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov Biləsuvar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Cəlilabad, Yardımlı şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 18 may tarixinədək SHXÇDX-nın adları qeyd olunan struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul