Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər
Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Oxşar xəbərlər
Rusiya Ermənistandakı bazasına “hücumun” qarşısını aldı
Müdafiə Nazirliyində mühüm iclas: Zakir Həsənov tapşırıqlar verdi
Ordumuz erməni mövqelərini darmadağın edir
Dəmiryolu xətlərindən düzgün istifadə və təhlükəsizlik qaydalarına dair maarifləndirmə görüşləri keçirilir
Ermənilər atəş açdı: Şəhidimiz var - Son dəqiqə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













