Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb
sizinxeber.az xəbər saytı

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb


Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycan və Qazaxıstan xüsusi təyinatlıları döyüş təcrübəsini müzakirə ediblər
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
Qazaxıstanlı qonaqlar Komando və XTQ hərbi hissələrində olublar
Quru Qoşunların taktiki-xüsusi təlimi davam edir, şərti düşmənin hədəfləri məhv olunur
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər