Azərbaycan və Qazaxıstan xüsusi təyinatlıları döyüş təcrübəsini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Qazaxıstan xüsusi təyinatlıları döyüş təcrübəsini müzakirə ediblər


Azərbaycan və Qazaxıstan respublikaları müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkəmizdə keçirilən görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO
Azərbaycan və İtaliya XTQ nümayəndələri arasında ekspert görüşü olub
Azərbaycan Ordusunda taktiki-xüsusi təlimlər keçirilib - VİDEO
​​​​​​​Hikmət Mirzəyev Türkiyə generalı Metin Tokellə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər