Zakir Həsənov ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən müdafiə naziri onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını əminliklə ifadə ediblər.
Oxşar xəbərlər
Zakir Həsənov Baş Klinik Hospitalda olub
Azərbaycanda dörd nəfərə "general-mayor" rütbəsi verildi - SƏRƏNCAM
Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib

