Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir
Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, ərazi müdafiəsi dövlət sərhədinin, dəniz sahilinin, adaların, mühüm obyekt və kommunikasiyaların düşmən təcavüzündən qorunması və müdafiəsi, düşmən desantı və kəşfiyyat-təxribatçı qrupları ilə mübarizə və hərbi vəziyyət rejiminin təmin olunması məqsədi ilə təşkil olunur. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər qoşunlarla sıx əlaqədə həyata keçirilir. Ərazi müdafiəsinin vəzifələri, təşkili, onun iştirakçılarının qarşılıqlı əlaqəsi qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilir.
Layihəyə əsasən, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatının təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərib: “Təqdim edilən qanun layihəsinə əsasən ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq edilir. Qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilən və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi Komitədə də müzakirə edilmiş və Milli Məclisin iclasına tövsiyə edilib”.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş keçirilib
Yeni rüsum müəyyənləşir
Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir
Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar təhsil müəssisələrində monitorinq aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












