Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər - VİDEO




2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.
Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.
BAKU.WS
VİDEO

Oxşar xəbərlər

Azərbaycan pilotları çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan xüsusi təyinatlılarının təlimindən yeni görüntülər - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər