Üfunət baş çatladır: Saray qəsəbəsinin həll olunmayan problemləri - VİDEO
sizinxeber.az xəbər saytı

Üfunət baş çatladır: Saray qəsəbəsinin həll olunmayan problemləri - VİDEO




Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yeni tikilidə yaşayan sakinlər problem içində boğulurlar.
 
Sizinxeber.az xəbər verir ki, onlar bildiriblər ki, tullantı qutuları binaların qarşısında yerləşdirilib.
 
Sakinlər nə həyətə düşə bilirlər, nə də pəncərələrini aça.
 
Gündəlik olaraq tullantıların daşınmasına baxmayaraq, üfunət baş çatladır.
 
"Ən çox zibil qutularının xüsusi yerlərdə qoyulmamasından əziyyət çəkirik. Toplu şəkildə bağlı bir yerə qoyulmamasına görə zibili ya külək, ya da heyvanlar yerə dağıdır, antisanitariya yaranır. Axşam insanlar parka sərinləməyə çıxmaq istəyəndə üfunətdən gəzmək olmur", - deyə sakin narazılığını bildirib.
 
Vətəndaşların problemi bununla da bitmir. Onlar iddia edirlər ki, qəsəbədə cəmi 1 marşrut işləyir ki, o da tələbatı ödəmir:
 
"Bakıya getmək üçün yalnız 503 nömrəli marşrut avtobusudur, o da bərbad vəziyyətdədir. Sərnişin tutumu çox azdır".
 
Problemlə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut xətlərinin optimallaşdırılması işləri çərçivəsində Saray qəsəbəsi sakinlərinə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində islahatlar aparılır:
 
"Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən avtobus marşrutunun yaradılması nəzərdə tutulur. Bununla bağlı daşıyıcının müəyyən edilməsi üçün yenidən müsabiqə elan edilib".
 
Ətraflı Baku TV-nin süjetində:
Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Lökbatanın bəzi küçələri su içində: Sakinlər şikayətçidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada tullantı qabları yığışdırılır? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hökməlinin su, yol, işsizlik problemi: “Əjdaha kimi suyun qabağını kəsiblər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləcəridə zibil problemi - Sakinlər hər gün gözləyir - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Ramana qəsəbəsində axşam səkkizdən sonra avtobus niyə işləmir? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər