Yeni Ramana qəsəbəsində axşam səkkizdən sonra avtobus niyə işləmir?
sizinxeber.az xəbər saytı

Yeni Ramana qəsəbəsində axşam səkkizdən sonra avtobus niyə işləmir?


Yeni Ramana qəsəbəsində avtobus problemi yaşanır.

Sakinlər bildirib ki, sözügedən əraziyə yalnız 214 nömrəli avtobus işləyir. Həmin avtobus isə axşam səkkizə kimi fəaliyyət göstərir:

“Axşam səkkizdən sonra məcbur qalıb evə taksi ilə gedirik. Uşaqlar yağışlı havada çox çətinliklə gedib-gəlirlər. Marşrutun hərəkət xətləri uzadılmalıdır, həmçinin qəsəbə yeni avtobuslarla təmin olunmalıdır”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, aparılan araşdırma nəticəsində marşrutun təyin olunmuş iş saatından tez dayandırılması halları müəyyən edilib:

“Bununla bağlı daşıyıcıya xəbərdarlıq olunub. Marşrut üzrə avtobus sayının sərnişin tələbatına uyğun istismar olunmayacağı və xəttin nizamlı təmin edilməyəcəyi təqdirdə marşrutun müsabiqəyə çıxarılması nəzərdə tutulub”. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Oxşar xəbərlər

Qarabağa getmək istəyənlərin nəzərinə! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndiyə otuz ədəd iritutumlu avtobus yola salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağa avtobusla səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəlzələdən sonra avtobuslar gecikib? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər