Lökbatanın bəzi küçələri su içində: Sakinlər şikayətçidir
sizinxeber.az xəbər saytı

Lökbatanın bəzi küçələri su içində: Sakinlər şikayətçidir


Lökbatan qəsəbəsinin 20 Yanvar, Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində yaranan böyük gölməçələr yolları keçilməz edib.

Sakinlər bildiriblər ki, nə uşaqlar məktəbə gedib-gələ bilir, nə də özləri bu yollardan istifadə edə bilirlər. Bu azmış kimi təcili yardım çağıranda belə əraziyə maşın gəlmir.

Həmçinin yağış yağanda ərazidən keçmək mümkün olmur.

Sakinlərin illərdir əziyyət çəkdiyi problemlə bağlı Qaradağ rayonunun Lökbatan qəsəbəsi bələdiyyəsindən bildirilib ki, 20 Yanvar küçəsində asfaltlanma işləri aparılır.

Bu işlər başa çatdıqdan sonra Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində də asfaltlanma işlərinə başlanılacaq. 

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI
İşıqforlarda Yeni tədris ilinin başlaması ilə bağlı “yaşıl dalğa” tətbiq edilir
Bakının 10 yolunda tıxac yaranıb - SİYAHI
Bakının bu ünvanında sakinlərə evdən dərhal köçmələri TƏLƏB EDİLDİ - VİDEO
Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər