55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoranın sahibi DANIŞDI - VİDEO
Ötən gün toydan sonra kütləvi zəhərlənmə olub. 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.
Hadisə Qəbələnin Zarağan kəndində qeydə alınıb.
Məlumata görə, kənddəki restoranların birində keçirilən toydan sonra iştirakçıların halı pisləşib və xəstəxanaya kütləvi müraciət olub. TƏBİB-dən bildirilib ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər, 21 kişi, 34 qadın olmaqla qida zəhərlənməsi şübhəsi ilə müraciət edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxşar xəbərlər
Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə toyda 55 nəfər zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə toyda kütləvi zəhərlənmə olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 93 nəfərə çatıb - FOTO - YENİLƏNİB 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












