Avtobuslarda gediş haqqı düzgün hesablanmır? - VİDEO
Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqının düzgün hesablanmamasından narazıdırlar.
Məsələn, 211 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən metronun "Koroğlu" stansiyasına qədər getmək üçün də, bir dayanacaqlıq yola görə də eyni məbləğ - 55 qəpik ödəməlisiniz.
Yaxın və uzaq məsafə arasında fərq qoyulmamasından şikayətlənən sərnişinlər əlavə ödəniş etmək istəmədiklərini qeyd edirlər.
Məsələ ilə bağlı "BakuBus"dan bildirilib ki, qiymət Tarif Şurası tərəfindən hesablandığına görə daşıyıcı şirkət buna müdaxilə edə bilməz.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir:
"Şəhərdaxili marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür".
Daha ətraflı Baku TV-nin materialında:
Oxşar xəbərlər
Bakıda daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Metroda gediş haqqını bu cür də ödəyə biləcəksiniz - Yenilik [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Avtobus sürücüləri sərnişinləri yolda qoyub qayıdırlar” - ŞİKAYƏT [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “biletim.az” portalına yeni istiqamət əlavə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












