Bakıda daha 3 müntəzəm marşrut xəttində ödəniş “BakıKart”la olacaq
Dekabrın 30-dan 173A və 173B nömərli şəhərətrafı, eləcə də 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
173A və 173B nömərli avtobuslar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən, 55 nömrəli avtobuslar isə Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən marşrut üzrə hərəkət edirlər.
"Sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir", - AYNA bəyan edib.
Oxşar xəbərlər
Zəlzələdən sonra avtobuslar gecikib? - RƏSMİ AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabahdan avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qarabağa getmək istəyənlərin nəzərinə! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












