Nazir müavini: "Naftalanın kurort kimi fəaliyyəti üçün əsasnamə hazırlanır"
Naftalan şəhərinin kurort kimi fəaliyyət göstərməsi üçün əsasnamə hazırlanır.
"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Şuşada keçirilən "Azərbaycan Sağlamlıq Turizm Konfransı: İnkişaf İmkanları" adlı tədbirdə bildirib.
"Naftalan nefti ölkənin təbii müalicə ehtiyatları arasında 1-ci yerdə dayanır. Onun müxtəlif xəstəliklər zamanı müalicəyə müsbət təsiri var. Ölkədə fəaliyyət göstərən müalicə-sağlamlaşdırıcı müəssisələrin yarısı Naftalandadır. Odur ki, Naftalanı Azərbaycan brendi kimi dünyaya tanıtmaq lazımdır. Bunun üçün yalnız reklam kifayət deyil. İnsanları inandıracaq sübutlar, elmi nəşrlər lazımdır. Mövcud nəşrlər sovet dövrünə aid olduğu üçün aktuallığını itirib, çünki yeni elmi müalicə üsulları ortaya çıxıb. Naftalan neftinin insan sağlamlığına təsiri, bu təsirlərin araşdırılması və beynəlxalq elmi məqalələrdə bu mövzuların işıqlandırılması çox effektiv olacaq." - deyə nazir müavini əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq - SƏRƏNCAM
Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi imkanları araşdırılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
