Azərbaycanın turizm imkanları Baltikyanı ölkələrdə nümayiş etdirilib
Dövlət Turizm Agentliyi yanınmda Azərbaycan Turizm Bürosu (ATB) 5-7 mayda Litvanın Vilnüs, Latviyanın Riqa və Estoniyanın Tallin şəhərlərində təşkil olunan "TTR Baltic 2026" silsilə tədbirlərində ölkəmizin turizm potensialını tanıdıb.
"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, 200-ə yaxın turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib.
İştirakçılara Bakı və Şəki şəhərlərinin turizm imkanları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları, qış turizmi və "Sea Breeze Resort"un yay turizmi imkanları barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirlər çərçivəsində B2B formatlı görüşlər keçirilib.
Silsilə tədbirlər Baltik regionu turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın regiondakı turizm mövqeyinin gücləndirilməsi baxımından əlverişli əməkdaşlıq platforması rolunu oynayıb.
Litva, Latviya və Estoniya vətəndaşları üçün Azərbaycana səfər məqsədilə sadələşdirilmiş elektron viza sistemi tətbiq olunur.
Oxşar xəbərlər
Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub
Azərbaycanın turizm imkanları Rusiyada təqdim olunub
Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
