Azərbaycanın turizm imkanları Rusiyada təqdim olunub
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-18 mart tarixlərində Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib.
"Sizinxeber.az" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
"Şahdağ" Turizm Mərkəzi və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub.
Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.
Moskva şəhərində keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak edib.
Oxşar xəbərlər
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Azərbaycanda yay turizm mövsümünə start verilib
Azərbaycanın turizm imkanları Pakistanda nümayiş etdirilib
Azərbaycanda qış turizm mövsümünə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
