Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) 20-22 aprel tarixlərində Almaniyanın Vürzburq, Frankfurt və Trir şəhərlərində təşkil olunan silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını təqdim edib.
"Report" agentliyə istinadən xəbər verir ki, 100-dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim olunub.
İştirakçılara şəhər turları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları və qış turizmi imkanları barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.
Silsilə tədbirlərdə iştirak Almaniya turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın bu bazarda mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.
Bu ilin yanvar-mart aylarında Almaniyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 5 024 nəfər təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub
Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir
Azərbaycanın turizm imkanları Rusiyada təqdim olunub
Azərbaycanın lüks turizm potensialı Rusiyada təbliğ olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
