“Travel Tomorrow”: Azərbaycan mətbəxi – ənənəvi yeməklərin zəngin çeşidi
Avropa İttifaqının (Aİ) məşhur turizm nəşri “Travel Tomorrow” Azərbaycan milli mətbəxi haqqında reportaj hazırlayıb.
"Report" xəbər verir ki, məqalənin müəllifi Naxçıvan Muxtar Respublikasına səfərindən təəssüratlarını bölüşür, yerli yeməklərə və kənd təsərrüfatı məhsullarına xüsusi diqqət yetirib.
Məqalədə qeyd olunub ki, Azərbaycan mətbəxi təzə yerli məhsullardan hazırlanmış ənənəvi yeməklərin zəngin çeşidini təqdim edir.
Müəllif xüsusilə ənənəvi dolmanı, eyni zamanda albalı, pomidor, qırmızı soğan və reyhan qarışığından hazırlanan "Albalı" salatını, sərinləşdirici ayran içkisini, Ordubad qayğanağını, həmçinin mürəbbə ilə çayı qeyd edib.
Bildirilib ki, Azərbaycanın unikal çay mədəniyyəti 2022-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Oxşar xəbərlər
Azərbaycan təamları: “Slow Food” marşrutu Böyük Qafqazın kulinariya sirlərini açır
Eureporter.co: Naxçıvan dünyanın kəşf edilməyə layiq ən unikal yerlərindən biridir
Səfir: Azərbaycanda İtaliya mətbəxi həftəsinin keçirilməsi yeni üfüqlər açır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
