Anadolu Liseyində Azərbaycan dili fənni ləğv edilib - AÇIQLAMA
Bakı Türk Anadolu Liseyində Azərbaycan dilinin tədrisinin dayandırılması ilə bağlı iddialar yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya övladı həmin tədris müəssisəsində oxuyan valideynlər bildiriblər.
Valideynlərin sözlərinə görə, artıq bununla bağlı liseydə çalışan Azərbaycan dili müəllimləri işdən çıxarılıblar. Onlara növbəti tədris ilindən liseydə çalışmayacaqları bildirilib.
Məsələ ilə əlaqədar Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmazla əlaqə saxlanılıb.
Liseyin rəhbəri saytımıza açıqlamasında Azərbaycan və Türkiyə arasında əldə olunan müqaviləyə uyğun olaraq Azərbaycan dilinin tədrisinin yalnız 9-11-ci siniflərdə saxlanıldığını söyləyib:
"Liseyimiz 1992-ci ildən fəaliyyət göstərir. Həmin vaxtdan iki ölkə arasında imzalanan müqaviləyə əsasən, tədris planında Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənlərinin azərbaycanlı müəllimlər tərəfindən yalnız son bölümündə (9-11-ci sinifləri əhatə edir) tədrisi nəzərdə tutulub. Hazırda həmin bölümdə bu dərslər heç bir problem olmadan davam edir. Bir müddət qeyri-qanuni olaraq ibtidai və orta sinif bölümlərində də (9-cu sinfə qədər) əsasnamədə nəzərdə tutulmayan halda sözügedən fənlər tədris olunurdu.
Biz bu il həmin fənləri tədris edən müəllimlərimizə təşəkkür etdik, onların müqaviləsi bitmişdi və həmin müqaviləni uzatmadıq. Rəsmiyyətdə var olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası fənləri tədrisi davam etdirilir. Biz iki dövlət arasında imzalanan müqavilədə nə nəzərdə tutulubsa, onu əsas tuturuq".
Qeyd edək ki, bundan əvvəl də liseydə oxuyan azərbaycanlı şagirdlərin təhsil müəssisəsindən kütləvi şəkildə çıxarılacağı, qəbul imtahanında azərbaycanlı və türkiyəli şagirdlər arasında keçid balında fərq qoyulması ilə bağlı iddialar yayılmışdı. Məktəb rəhbərliyi isə yayılan iddianın əsassız olduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Bakıda telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı niyə qərar verilmir? - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Reklamların dili səhvlərlə doludur - Sevinc Əliyeva [xfgiven_updateblue][/xfgiven_updateblue]
20 ildən sonra Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanır, bu ilin sonuna qədər çap oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan dili bacarıqlarının ölçülməsi üzrə yeni imtahan modeli hazırlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ səfiri Azərbaycan Əlifbası və Dili Günü münasibətilə paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












