ABŞ səfiri Azərbaycan Əlifbası və Dili Günü münasibətilə paylaşım edib
ABŞ səfiri Mark Libbi Azərbaycan Əlifbası və Dili Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edilib.
Təbrik videosunda Azərbaycan dili üzrə biliklərini nümayiş etdirən amerikalı diplomat bu dili öyrənməyə Bakıya səfir təyin olunmazdan bir il əvvəl başladığını qeyd edib.
Bundan əlavə, ABŞ diplomatik missiyasının nümayəndələri görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan dilinə həsr olunmuş şeirini səsləndiriblər.
Qeyd edək ki, avqustun 1-i respublikada Azərbaycan Əlifbası və Dili Günü kimi qeyd olunur.
Azərbaycan Dili və Əlifbası Günündə sizə Səfir və səfirlikdə çalışan amerikalıların Azərbaycan dilində danışıq bacarıqlarını təqdim etmək istəyirik. Onların gündəlik həyatda və məişətdə, habelə poeziya kitablarını oxuyarkən nümayiş etdirdikləri dil bacarıqlarını təqdim etdiyimiz…
— U.S. Embassy Baku (@USEmbassyBaku)
Oxşar xəbərlər
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Azərbaycan dili bacarıqlarının ölçülməsi üzrə yeni imtahan modeli hazırlanıb
ABŞ səfiri Milad bayramını qeyd edən insanları təbrik edib
Reklamların dili səhvlərlə doludur - Sevinc Əliyeva
Litva XİN başçısı Azərbaycanı təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













