I sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi I sinfə qəbulla bağlı valideynlərə çağırış edib.
Agentlikdən Sizinxeber.az-ə verilən məlumata görə, mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə 126 mindən çox uşaq I sinfə qəbul edilib.
2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.
Oxşar xəbərlər
MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MÜTDA: Məktəbəqədər təhsil müəssisələrinə sənədlərini gecikdirənlərin qeydiyyatı silinəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məktəbəhazırlıq qruplarına 22 mindən çox uşaq qeydiyyatdan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












