Bakıda bu məktəb və liseylərin məzunları qızıl və gümüş nişanlara layiq görülüb - SİYAHI
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 36-sı qızıl, 14-ü gümüş nişana layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri üzrə 5, 31, 42, 44, 60, 93, 104, 117 (2 nəfər), 182, 189-190 (2 nəfər), 212, 247 (2 nəfər), 269, 276, 281 (2 nəfər), 313 nömrəli tam orta məktəblərin, 287 nömrəli “Zəkalar” (3 nəfər), 72, 220, 246, 252 (2 nəfər) nömrəli məktəb-liseylərin, ”Ankara məktəbi” məktəb-liseyin, “Tərəqqi” texniki-humanitar liseyin (2 nəfər), Humanitar fənlər təmayüllü məktəb-liseyin (4 nəfər), Məktəb-Lisey Kompleksinin şagirdləri qızıl, 1, 36, 60, 100, 114, 244, 295, 314 nömrəli tam orta məktəblərin, 220 nömrəli məktəb-liseyin, ”Ankara məktəbi” məktəb-liseyin, Məktəb-Lisey Kompleksinin, Humanitar fənlər təmayüllü məktəb-liseyin (2 nəfər), Texniki-humanitar liseyin şagirdləri isə gümüş nişanla təltif edilib.
Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.
Oxşar xəbərlər
Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlar təsdiqini tapmayıb
Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakıda telefonunda qeyri-etik videolar tapılan şagirdlərlə bağlı niyə qərar verilmir? - VİDEO
Bu il Bakı məktəblərinə 2000-dən çox müəllim işə qəbul olunub
ABŞ-da anası Fələstini dəstəkləyən şagirdi məktəbdən qovublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













