ABŞ-da anası Fələstini dəstəkləyən şagirdi məktəbdən qovublar
ABŞ-ın Florida ştatında Fələstin əsilli orta məktəb şagirdi anasının sosial şəbəkələrdə Fələstin tərəfdarı olan paylaşımlarına görə dərsdən uzaqlaşdırılıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Fort Lauderdaledəki Pine Crest məktəbinin şagirdi 15 yaşlı Jad Abuhamda ölkədə anti-Fələstin əhval-ruhiyyəsindən təsirlənən qurbanlara qoşulub.
Abuhamda eyni məktəbdə riyaziyyat müəllimi işləyən anası Maha Almasrinin sosial şəbəkədə İsrailin Qəzzada "kütləvi qığın törətməsini" tənqid etdiyinə görə məktəbdən qovulub.
Məktəb rəhbərliyi tərəfindən edilən yazılı açıqlamada Almasrinin sosial media paylaşımlarının "nifrət və təxribat xarakterli" olduğu iddia edib. Almasri bu iddiaları rədd edərək, paylaşımlarının yalnız Qəzzada baş verən humanitar faciəyə diqqət çəkmək məqsədi daşıdığını bildirib.
O, liseyin 2-ci sinif şagirdi Abuhamda bu səbəbdən 10 ildir tələbəsi olduğu məktəbdən qovulmasının haqsızlıq və məyusedici olduğunu vurğulayıb: "Biz harada yaşamağımızdan, hansı xalqa mənsub olmağımızdan asılı olmayaraq dünyada yaşamaq hüquqları pozulan hər kəsin yanında olmalıyıq. Dinc sakinlərin qətlə yetirilməsinə, uşaqların öldürülməsinə göz yummamalıyıq. Biz bunlara qarşı səsimizi ucaltdıqda Amerika Birləşmiş Ştatları kimi bir dövlətdə bizim düşüncə, söz və təhsil almaq hüququmuz əlimizdən alınır. Övladımın məkdəbdən qovulmasını Qəzzada körpə uşaqların yaşamaq hüququnun əlindən alınması kimi qanunsuzluq hesab edirəm. Hüquqlarımızın bərpası üçün qanunun imkan verdiyi qədər mübarizə edəcəyəm", - deyə Almasri qeyd edib.
ABŞ-ın ən böyük müsəlman vətəndaş cəmiyyəti təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) məsələ ilə bağlı açıqlamasında ABŞ Təhsil Departamentini hadisəni araşdırmağa çağırıb.
Oxşar xəbərlər
Şagirdi döyən məmur istefa verdi
Məktəbdə qalmaqal: Direktor müəllimi döyüb?
HƏMAS Fələstin tərəfdarı olanları da öldürdü
Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilir? - Ailəsi danışdı
İsrail atəşkəsdən sonra Qəzzanı işğal edəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
-
İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb
-
"Yelo Bank" növbəti “Mastercard: Customer Tech Conference”ə ev sahibliyi etdi
-
Ombudsman yanında İşçi Qrupu psixi sağlamlıqla bağlı dövlət qurumlarına təkliflər hazırlayacaq
-
Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb
-
Baş nazir: Yeni hava limanı Gürcüstanın iqtisadi potensialının artmasına xidmət edəcək