Eksternat imtahanlarının nəticələri açıqlanıb
Bakı şəhəri üzrə keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 1 223 nəfər qatılıb.
Onlardan 385 nəfər müsbət nəticə əldə edib. Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 102 nəfər, tam orta təhsil səviyyəsi üzrə 283 nəfər uğur qazanıb.
Nəticələr barədə məlumatlar eksternlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.
Növbəti mərhələdə eksternlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Bu il Bakı məktəblərinə 2000-dən çox müəllim işə qəbul olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə 7 məktəbdə qızılca yayıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












