Haysam Əl-Qays: Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib - FOTO
2025-ci ilin 3-5 iyun tarixlərində regionun ən önəmli enerji tədbiri olan “Baku Energy Week” (Bakı Enerji Həftəsi) 30-cu yubileyini qeyd edəcək. “Baku Energy Week”in əsas hadisəsi isə 4–5 iyun tarixlərində keçiriləcək “Baku Energy Forum”dur. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini hər il bir araya toplayır.
“APA-Economics” xəbər verir ki, “Baku Energy Forum” 2025 iştirakçılarına Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays salamlama məktubu ünvanlayıb. Onun məktubunda forumun qlobal enerji sektorunda dialoq və əməkdaşlıq üçün mühüm bir platforma olduğu vurğulanır.
“OPEC və qeyri-OPEC istehsalçıları arasında Əməkdaşlıq Bəyannaməsinin (DoC) vacib iştirakçısı olan Azərbaycan əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilmişdir. Bu, COP 29-da aydın şəkildə özünü göstərdi və şübhəsiz ki, regionun enerji təqvimində önəmli yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha vurğulanacaq”, – deyə o salamlama məktubunda bildirib.
OPEC-in Baş katibi Haysam Əl-Qays 2024-cü ildə “Baku Energy Week”in açılışında iştirak edib və foruma salamlama məktubu göndərib.
“Baku Energy Week”ə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
Oxşar xəbərlər
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haysam əl-Qays daha üç il OPEC-in baş katibi olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
30-cu Yubiley Bakı Enerji Həftəsinə hazırlıq aktiv şəkildə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











