Elnur Məmmədli: İnsanları ayağa qalxıb himnimizi dinləməyə vadar etdik
Qeyd etdiyimiz kimi bu gün Paris 2024 Yay Olimpiya Oyunlarında idmanın cüdo növü üzrə cempiyon olmuş idmançılarımız vətənə qayıdıblar.
Sizinxeber.az xəbər verir ki, 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli də onlarla bərabər vətənə qayıdıb.
Elnur Məmmədli Aərbaycan cüdoçularının çempiyon olması ilə bağlı öz təəssüratlarını jurnalistlərlə bölüşüb.
“İlk öncə hamınıza təşəkkür edirəm ki, əziyyət çəkib gəlmisiniz. Doğurdan da Yay Olimpiya Oyunları bizim üçün ən böyük yarışlardan biri olur. Bizim Hidayət Heydərov və Zelim Kotsoyev də layiqincə güləşdilər. Ən böyük xoşbəxtlik isə odur ki, Fransanın paytaxtı Parisdə insanları ayağa qalxıb himnimizi dinləməyə , bayrağımıza diqqət yetirməyə vadar etdik. Doğrudan da bu böyük uğur və böyük nəticədir ki, tarixdə ilk dəfə olaraq Yay Olimpiya Oyunlarında cüdodan iki qəzıl medalımız var. Bu böyük uğurun da arxasında təbii ki, Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, məşqçilər var. Hər kəs çiyin-çiyinə verib və bu uğuru əldə edib. Yenə də başda cənab prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva olmaqla dövlətimizi, Azərbaycan xalqını təbrik edirəm. Yenə də deyirəm bizim üçün Fransada himnimizi səsləndirmək, bayrağımızı qaldırmaq çox vacib və məsuliyyət idi.”, - deyə o bildirib.
Oxşar xəbərlər
Elnur Məmmədli: Fransalıları Azərbaycan himnini dinləməyə vadar etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiya çempionları vətənə geri dönüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Rəsullu: Məqsədimiz qadınlar arasında da olimpiya birincisinin olmasına nail olmaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiya çempionları vətənə geri dönüb - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












