Olimpiya çempionları vətənə geri dönüb  - FOTO  - VİDEO
sizinxeber.az xəbər saytı

Olimpiya çempionları vətənə geri dönüb - FOTO - VİDEO


“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçuları vətənə qayıdıblar.

APA xəbər verir ki, onlar üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi ansanblın müşayiəti ilə qarşılama mərasimi təşkil edilib.

Qarşılama mərasimində idmançıların qohumları, rəsmilər və digər şəxslər iştirak edib.

Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Parisdə Dövlət Himnimizi səsləndiriblər.

Bununla da Azərbaycan Olimpiadanın cüdo yarışlarında medal sıralamasında ikinci yeri tutub.

Bu göstərici Azərbaycan cüdosunun tarixində bir ilkdir.

Oxşar xəbərlər

Olimpiya çempionları vətənə geri dönüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan olimpiadada ikinci qızıl medalı qazanıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan idmançılarının bir qrupu Paris Yay Olimpiya Oyunlarına yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər