Rəşad Rəsullu: Məqsədimiz qadınlar arasında da olimpiya birincisinin olmasına nail olmaqdır
sizinxeber.az xəbər saytı

Rəşad Rəsullu: Məqsədimiz qadınlar arasında da olimpiya birincisinin olmasına nail olmaqdır


Bu gün Paris 2024 Yay Olimpiya Oyunlarında idmanın cüdo növü üzrə cempiyon olmuş idmançılarımız vətənə qayıdıblar.

Sizinxeber.az xəbər verir ki, onlarla birgə Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu da vətənə qayıdıb.

Rəşad Rəsullu idmançılarımızın çempion olması iləbağlı təəssüratlarını belə ifadə edib:

“Təəssüratlarımız həqiqətən gözəldir. 16 ildən sonra Azərbaycan Cüdo Fedarasiyası olaraq iki qızıl medal əldə etmişik. Buna görə də sözsüz ki, yaradılan şəraitə görə ilk öncə ölkə rəhbərliyinə, cənab prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk. Bu işdə təbii ki, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin çox böyük dəstəyi olub. Bizim üçün təbii ki, bu uzun bir yol idi və bu yolda zəhmətimizin nəticəsini görmək çox böyük xoşbəxtlikdir. Onu da qeyd eləməliyəm ki, bu nəticənin əldə olunmasında federasiyamızın bütün kollektivinin, oradakı əməkdaşların hər birinin zəhməti var. Mən buradan onlara da öz təşəkkürümü bildirirəm. Biz bir komanda olaraq bu işi gördük, bu nəticəni əldə etdik. Bundan sonra artıq çox qısa bir fasilədən sonra növbəti olimpiyaya hazırlaşmağa başlayacağıq. Planlarımız və hədəflərimiz böyükdür. Hədəfləri açıqlamışıq və əsas hədəflərimizdən biri də 2028-ci ildə Los-Ancelesdə baş tutacaq Yay Olimpiya Oyunlarıdır. Məqsədimiz bu nəticəni daha da yaxşılaşdırmaq və qadınlar arasında da olimpiya birincisinin olmasına nail olmaqdır.”

Oxşar xəbərlər

Elnur Məmmədli: İnsanları ayağa qalxıb himnimizi dinləməyə vadar etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Olimpiya çempionları vətənə geri dönüb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan medal sıralamasında 15-cidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Hidayət Heydərova zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər