Azərbaycan millisinin hücumçusu: "Gümüş Avropa Liqasında məqsəd hər oyunda qələbə qazanmaqdır"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin hücumçusu: "Gümüş Avropa Liqasında məqsəd hər oyunda qələbə qazanmaqdır"


Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Aslan Həmidov İsveçdə təşkil olunan Gümüş Avropa Liqasının birinci turunda keçirdikləri oyunları dəyərləndirib.

Voleybolçu “Sizinxeber.az”a açıqlamasında ilk turu uğurlu hesab edib.

O, İsveçlə oyunun çətin keçdiyini vurğulayıb:

“Birinci tur bizim üçün kifayət qədər uğurlu keçdi. İsveçə qarşı ilk oyunumuz çətin alındı. Düşünürəm ki, bu görüşdə ikinci setdə daha yaxşı oyun göstərə bildik”.

Hücumçu Gürcüstan millisinə qarşı matçı da dəyərləndirib:

“Bu görüşdə daha üstün çıxış etdik və 3:0 hesabı ilə qələbə qazandıq. Bu qarşılaşmada göstərdiyimiz komanda oyunu qələbənin əsas səbəblərindən biri oldu. Növbəti turlarda da əlimizdən gələni edəcəyik. Əlbəttə, məqsədimiz hər oyunda qələbə qazanmaqla yanaşı, özümüzü daha da inkişaf etdirməkdir”.

Qeyd edək ki, Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv Gümüş Avropa Liqasının İsveçdə təşkil olunan ilk turunda keçirdiyi oyunlarda meydan sahiblərinə uduzub (0:3), Gürcüstan yığmasına isə eyni hesabla qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan millisinin hücumçusu Belarusla yoldaşlıq matçını dəyərləndirib
Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb
Azərbaycan yığması Gümüş Avropa Liqasında ilk matçını keçirib
Azərbaycan millisinin baş məşqçisi: İki oyunda əlimizdən gələni edəcəyik
Azərbaycan millisinin baş məşqçisi Gürcüstandakı təlim-məşq toplanışını dəyərləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər