Azərbaycan millisinin hücumçusu Belarusla yoldaşlıq matçını dəyərləndirib
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin hücumçusu Belarusla yoldaşlıq matçını dəyərləndirib


Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin hücumçusu Ömər Kosayev Belarusla keçirilən yoxlama görüşünü (2:1) dəyərləndirib.

"Report" xəbər verir ki, o, AFFA-nın mətbuat xidmətinə açıqlamasında görüşün çətin keçdiyini bildiirib.

Yeniyetmə futbolçu baş məşqçinin tapşırıqlarını meydanda reallaşdırdıqlarını vurğulayıb:

“Çətin oyun oldu. Xüsusən də, birinci hissə bizim üçün çətin keçdi. Ancaq fasilə ərəfəsində vurduğum qoldan sonra komanda daha inamlı oynamağa başladı. Baş məşqçimiz Aqil Nəbiyevin tapşırıqlarını meydanda reallaşdıraraq, qələbə qazanmağı bacardıq. Aqil müəllimin bu qələbədə rolu böyük oldu. Həm taktiki gedişləri, həm də kollektivlə motivasiyalı söhbətləri bizə əlavə güc qatdı. Nəticədə inamlı qələbə qazandıq”.

44-cü dəqiqədə hesabı açan 15 yaşlı hücumçu həmin epizodda rəqibin qapıçısından səhv gözlədiyini söyləyib:

“Oyundan əvvəl Belarus yığmasının qapıçısını təhlil etmişdik. Bilirdik ki, ancaq sağ ayağı ilə oynayır. Qol epizodunda isə qapıçının topu sol ayağına keçirdiyini görəndə üstünə qaçdım və topu ələ keçirərək qapıdan keçirdim”.

Ö.Kosayev mayın 11-də Belarusun U-16 komandasına qarşı keçiriləcək ikinci yoxlama görüşü barədə də fikirlərini bölüşüb:

“Belarusla ikinci oyunumuz da çətin olacaq. İlk matçdakı çıxışımızı sərgilməyə çalışacağıq. Ümid edirəm ki, həmin oyunda da qələbə qazanacağıq”.

Qeyd edək ki, mayın 11-də Binə stadionunda keçiriləcək Azərbaycan (U-16) – Belarus (U-16) qarşılaşması saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin baş məşqçisi Türkiyəyə qarşı oyunları dəyərləndirib
İlham Yadullayev: "Avropa çempionatındakı oyunlar bizim üçün böyük dərs oldu"
Azərbaycan yığmasının baş məşqçisi: “Monteneqro ilə oyunda qələbəyə layiq idik”
Azərbaycanın U-19 millisi Belarusla ikinci yoxlama oyununu keçirib
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər