AMADA Paris-2024 zamanı innovativ yanaşmalar tətbiq edəcək
sizinxeber.az xəbər saytı

AMADA Paris-2024 zamanı innovativ yanaşmalar tətbiq edəcək


Azərbaycan Milli Anti Dopinq Agentliyi (AMADA) Paris-2024-də yarışacaq idmançılar və idmançının köməkçi heyəti üçün rəqəmsal platformalar üzərindən yeni imkanlar açıb.

"Sizinxeber.az" AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, olimpiya və paralimpiya komandalarımızın üzvləri agentliyin teleqram kanalı vasitəsilə dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, Terapevtik İstifadə üçün İstisna (Tİİ) və digər mövzular ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.

Həmçinin yeni fəaliyyətə başlayan "paris2024.amada.az" saytına daxil olaraq, axtardıqları bütün suallara cavab tapacaqlar. Sayt iki – Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Həmçinin AMADA tərəfindən “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən idmançı və idmançı köməkçi heyəti üçün yarışın antidopinq qaydalarını özündə cəmləşdirən maarifləndirici videoçarx hazırlanıb. Həmin videoçarx ilə AMADA-nın sosial şəbəkə hesablarında və rəsmi saytında tanış olmaq mümkündür.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə həyata keçirilən layihələrin təmiz idman dəyərlərinə hesablanmış növbəti addım olduğunu bildirib. O, qeyd edib ki, agentlik olaraq idmançıların hüquqlarının qorunması və təmiz qələbələr ilə xalqımızı sevindirməsi AMADA üçün prioritet təşkil edir. Dördilliyin zirvə yarışı zamanı əməkdaşlarımız hər bir müraciətə böyük diqqətlə yanaşacaq, idmançılarımızın üzləşə biləcəyi hər hansı antidopinq problemi ilə bağlı öz məsləhətlərini əsirgəməyəcəklər.

T.Tağı-zadə həyata keçirilən innovativ yanaşmaların başlıca məqsədinin Olimpiya və Paralimpiya komandalarımızın dəstəklənməsi olduğunu bildirən AMADA rəsmisi antidopinq sahəsində məlumatlandırmanın əlçatan olması və təmiz idman mühitinin formalaşdırılması istiqamətində fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Oxşar xəbərlər

AMADA 2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanı Paris-2024-də təmsil edəcək daha bir idmançı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Visa" Yay Olimpiya Oyunlarında bazara yeni təmassız məhsul çıxaracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər